Bilgi.az
Loqotiplərə xərclənən milyonlar - Fotolar
Loqotip hərhansı bir şirkətin starteji inkişafı üçün ən vacib faktorlardan hesab olunur. Loqotiplərin hazırlanmasına xərclənən vəsaitlər heç də bir mənalı deyil.
Dünya brendləri loqotiplərin hazırlanması üçün milyon dollar xərcləyir. Amma sadəcə 15 dollar ödəməklə loqotiplərini yaradan şirkətlər də az deyil.
Publika.az bəzi şirkətlərin öz loqotiplərinə xərclədiyi məbləğ haqda məlumat verəcək. Oxuyun, təəccüblənəcəksiz.
Xərclənib: 0 dollar
Çoxrəngli Google öz loqotipində illər ərzində bir neçə dəfə dəyişiklik etməsinə baxmayaraq, orijinal dizaynı 1998-ci il təsisçisi Sergey Brin pulsuz qrafik proqramı GİPM-də hazırlayıb. Google embleminin digər hazırlıq işləri isə Sergey Brinin universitet rəfiqəsi Rute Kedar tərəfindən hazırlanıb.
- Coca-Cola
Xərclənib: 0 dollar
Məşhur “Coca-Cola” şirkətinin loqotipi 1886-cı ildə təsisçinin dostu mühasib Frenk Robinson tərəfindən yaradılıb. Şirkətin rəsmi saytı qeyd edir ki, “reklamda iki “C” hərfinin yaxşı görünəcəyi üçün” Robinson “Coca-Cola” adını təklif edib. O, qeyri-adi loqotip üzərində çalışarkən hər şeyi təcrübədən keçirərərək o dövrə xarakterik olan Spenser şriftini işləyib hazırlayıb.
“Ford Motor Company” və “Coca-Cola” Spenser şrifti ilə yazılıb.
Xərclənib: 15 dollar
Dünyaca məşhur olan Twitter şirkətinin “quşcuğazı” cəmisi 15 dollara başa gəlib. Şəkilin müəllifi - hazırda Yaponiyada yaşayan əslən britaniyalı rəssam Saymon Oksli öz işinə görə 6 dollar qazanıb.
- Nike
Xərclənib: 35 dollar
Şirkətin təsisçisi Fil Nayt qrafik dizayn üzrə təhsil alan tələbə Kerolin Devidson ilə birgə çalışaraq 1971-ci ildə məşhur loqonu işləyiblər.
35 dollarını “Nike” nişanəsinə vermək istəməyən şirkətin təsisçisi Fil Nayt qeyd edirdi: “Bu loqo heç də mənim xoşuma gəlmir, ümid edirəm vaxt keçdikcə mən onu bəyənəcəm”.
- NeXT
Xərclənib: 100.000 dollar
Apple şirkətini tərk etdikdən sonra Stiv Cobs 1985-ci ildə əsasını qoyduğu şirkətin loqotipini məşhur İBM, çatdırılma xidməti olan UPS və telekanal ABC kimi şirkətlərin emblemini hazırlayan loqotip dizayner Pol Rend tərəfindən hazırlanıb.
- London-2012 Olimpiya oyunları
Xərclənib: 400.000 funt sterlinq (təqribən 625.000 ABŞ dolları)
2007-ci il «Wolff Olins» agentliyi tərəfindən hazırlanmış loqo tənqid atəşinə tutulub. Buna səbəb isə emblemin sanki iki fiqurun oral sekslə məşğul olması şəklində yaradılması olub.
- Pepsi
Xərclənib: 1.000.000 dollar
Loqotip 2008-ci ildə Arnell Group tərəfindən yenilənib
- BBC
Xərclənib: 1.8000.000 dollar
1997-cil BBC kanalı təzadlı rənglərdən istifadə olunaraq bir qədər yana əyilmiş yazı şriftini adi kvadratlar içərisində Gill Sans şriftləri ilə yazılmış loqoya dəyişdi.
- BP (British Petroleum)
Xərclənib: 211.000.000 dollar
BP şirkəti öz loqotipi üçün 2008-ci ildə 211 milyon dollar xərcləyib.
Camalə
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...
-
İdman08:24
Polis kluba BASQIN ETDİ: iki futbolçu zorlama ittihamı ilə saxlanıldı
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin