Müsəlmansayağı gəlincik hazırlanıb – FOTO
Bizi izləyin

Bilgi.az

Müsəlmansayağı gəlincik hazırlanıb – FOTO

Böyük Britaniyada müsəlman gəlinciklər satışa buraxılıb. Dini normalara uyğun olaraq kuklanın üzü görünmür və başı hicabla örtülüb. Kuklanın qiyməti isə 25 funt sterlinqdir (40 dollar – red.).

Kuklanın müəllifi isə soyadı açıqlanmayan Ridvana adlı müsəlman məktəbinin sabiq müəlliməsidir. Qadının sözlərinə görə, bir sıra valideynlər açıq üzlü kuklalardan narahatlıqlarını bildirdikdən sonra belə bir qərara gəlib. O, deyib ki, bugünkü gündə müsəlmanlar üçün nəzərdə tutulmuş çox az oyuncaq var. Gələcəkdə isə, Ridavana dini şəkildə uşaqların tərbiyəsi üçün nəzərdə tutulmuş kitab yazmaq niyyətindədir.

Ridvana bildirib: "Dini normalara görə, istənilən hər bir üz cizgisinin təsviri qadağan edilib. Buraya şəkil, heykəl və kuklalar da aiddir".

Böyük Britaniya bazarı üçün nəzərdə tutulan Çində hazırlanan kuklanın tamamilə şəriət qaydalarına uyğun olduğu qeyd edilib.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm