Evlilik təklif edən oğlan evin damını sökdü – VİDEO
Bizi izləyin

Bilgi.az

Evlilik təklif edən oğlan evin damını sökdü – VİDEO

Hollandiyalı gənc oğlan sevdiyi qıza evlilik təklifi edən zaman yaşayış evinin damını uçurdub.

İysselsteyn şəhər sakini icarəyə götürdüyü qaldırıcı kranla qızın yataq otağının pəncərəsi önündə ona evlilik təklifi etmək istəyib. Möhkəm bərkidilmədiyi üçün qaldırıcı kranın hərəkət edən hissəsi qonşu binanın damına düşüb. Texnikanı qaldırmağa çalışanda isə, o, yenidən aşaraq daha böyük fəsadlar yaradıb.

Ətrafdakı insanlar evakuasiya edilib və xəsarət alanlar yoxdur. Buna baxmayaraq, qız evlilik təklifini qəbul edib.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm