Flaminqolar niyə çəhrayı rəngdədir? - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Flaminqolar niyə çəhrayı rəngdədir? - FOTOLAR

2030-cu ilin qatili kim olacaq?

Başı olmayan bir cücə nə qədər yaşayar?

Təxminən iki il.

1945-ci il dekabrın 10-da Koloradonun Fruita şəhərində kök bir toyuğun başı kəsilib və bu toyuq yaşamağa davam edib. Toyuğun yaşamasının səbəbi isə şah damarının kəsilməməsi olub.

İnsanoğlunun inşa etdiyi hansı tikili Aydan görünür?

Heç biri.

Bu suala hər kəs Çin səddi deyə cavab verir, amma insan əli ilə tikilən heç nə açıq gözlə Aydan görünmür.

Yaxşı bəs Çin Səddi haradan görünə bilər? Kosmosdan. Çünki kosmos olduqca yaxındır. Kosmosdan şoselər, dənizdəki gəmilər, dəmiryolları, şəhərlər, tarlalar, hətta bəzi binalar görünür.

Bir günün uzunluğu nə qədərdir?

Bu dəyişən bir şeydir.

Bir gün dünyanın öz ətrafında bir istiqamətə etdiyi tam dövrədir, amma bu dövr əsla tam olaraq 24 saat çəkmir. Bu proses 50 saniyə və ya yavaş ola bilər. Səbəbi isə hava şərtləri və coğrafi hadisələrin təsiridir.

Okeanların ən gurultulu heyvanı hansıdır?

Krevetlər.

Quruda və ya dənizdə yaşayan canlılar arasında bir heyvanın çıxardığı ən yüksək səsi balinalar çıxarır, amma ümumi götürəndə ən yüksək səsi krevetlər çıxarır. Bir krevet sürüsünün səsi insanı kar edə bilər.

Flaminqolar niyə çəhrayı rəngdədir?

Çünki mavi-yaşıl yosunu çox yeyirlər. Flamingolar rəngi su yosunlarından irəli gəlir. Adları mavi-yaşıl yosun olsa da, əslində qırmızı, bənövşəyi, qəhvəyi, sarı, hətta narıncı rəngdədirlər.

2030-cu ildə ən böyük qatil kim olacaq?

Tütün.

Dünya Sağlamlıq Təşkilatına görə, tütün hazırda dünyadakı ölümlərə səbəb olan ikinci böyük amildir.

Nərgiz

Oxumağa davam et
Reklam
Reklam

Gündəm