Varlılar üçün yeni dəb – süfrəyə qızıl çörək gəlsin
Bizi izləyin

Bilgi.az

Varlılar üçün yeni dəb – süfrəyə qızıl çörək gəlsin

Dünyanın ən bahalı çörəyi İspaniyada bişirilir.

Publika.az "Times" qəzetinə istinadən bildiir ki, içinə qızıl tozu qatılan çörəyin qiyməti 117 avrodur.

Qızıl çörək bişirilən sex Alqotosin kəndində yerləşir. Xuan Manuel Moreno adlı sahibkara məxsus olan sexin məhsullarının alıcısı varlı ərəblər, ruslar, çinlilərdir. Yaxınlıqdakı füsunkar Kosta del Sol qəsəbəsində milyonçuların qəsəbəsi yerləşir.

250 qramlıq çörəyi bahalı edən tərkibinə qatılan qızıl tozudur. 117 avrodan 95-i qızıl tozunun xərcidir.

Bahalı çörək bişirmək ideyası Xuan Morenonun ağlına qəfil gəlib. Qonşu şəhərdəki kafelərdən birində varlılar üçün dünyanın ən bahalı kofesi dəmlənir. Bunu görən Xuan qızıl çörək bişirmək fikrinə düşüb. Biznesi də yaxşı gedir. Qızıl tozu çörəyə heç bir dad vermir. Orqanizm üçün də ziyansızdır.

Əvvəllər isə dünyanın ən bahalı çörəyi Britaniyada - Ulisdə bişirilirdi. Orada çörəyin tərkibinə şampan şərabı və 23 karatlıq qızıl əlavə edilirdi. Belə çörəyin qiyməti 75 funt (92) avro idi.

İlqar Atabəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm