• USD 1,7001 0,00% EUR 2,1108 -1,08%
    • GBP 2,3855 -0,76% RUB 0,0301 -0,33%

Qeyri-adi və qorxulu tabutlar - FOTOLAR

  • Bilgi.az
  • 23 Avqust 2016 15:45
  • 2 642 Baxış
Qeyri-adi və qorxulu tabutlar - FOTOLAR

Moskvada yerləşən qeyri-adi və qorxulu muzeydə fərqli formalarda tabutlar sərgilənir.

Belə ki, "Ölüm muzeyi"ndə siqaret paketindən televizor pultuna qədər çox fərqli tabutlar yer alıb.

Paytaxtın məşhur muzeyində qorxuyla yumoru birlikdə görmək olar. Ziyarətçilər sözügedən muzeydə tabutlarla yanaşı, ölümlə bağlı qeyri-adi maketlər və süni skeletlər də görə bilər.

Konsepsiyaya uyğun işıqlandırılan muzeydə lirik musiqi səsləri insana lazımi duyğuları aşılayır.

Muzeyin ziyarətçilərindən Anna İvanovna:

"Birinci dəfə buraya daxil olanda özümü qəribə hiss etmişdim, amma sonra insan oğlunun ölümdən sonra belə yumor hissini itirmədiyini anladım. Hər kəsin buranı görməsini tövsiyə edirəm".

Natalya isə "İlk dəfə girəndə çox qorxmuşdum. Çox fərqli muzeydir" deyib.

Muzeyin təşkilatçısı Aleksandr Donskoy öləndə balıq formalı tabutla dəfn olunmaq istədiyini deyib. Donskoy bu istəyinin qohumları tərəfindən çox qəribə qarşılandığını, insanların bu tabutları qəbul etməkdə çətinlik çəkdiyini bildirib.

18 yaşdan kiçiklərin muzeyə girməsi isə qadağandır.

Nərgiz

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>