Bilgi.az
Sevgidə bir yolla qalib gəlmək olar - qaçmaqla.
Dünya yaranandan bəri var olan, heç birmizin qaça bilmədiyimi sevgi barədə çox şey deyilib, çox şey yazılıb. Maraqlıdır ki, deyilənlərin, yazılanların heç də hamısı ülvi, məmnun sözlər deyil.
Ədəbiyyat, fəlsəfə, din, siyasət tarixində iz buraxmış əksər
dühaların sevgiyə münasibətləri qeyri-standart olub. Onlardan bəzi
maraqlı çıxarışları sizə təqdim edirik.
Sevənin ən qorxunc rəqibi atasıdı.
Çarlz Lem
Qadın sevəndə ağıllanır, kişi isə ağlını itirir.
Erix Mariya Remark
Nə qədər ki, sevirsən, bilmirsən. Biləndə isə sevmirsən.
Publili Sir
Sevgidə bütün vasitələr məqbuldu – birbaş hədəfə aparanlardan
başqa...
Tadeuş Breza (polyak yazıçısı)
Sevilməmək – sadəcə uğursuzluqdu. Ən böyük bədbəxtlik
sevməməkdi.
Alber Kamyu
Səhnə sevgiyə çox şey borcludu, həyat isə heç nə...
Frensis Bekon
Mələklər onu cənnət həzzi, şeytan cəhənnəm əzabı, insanlar isə -
sevgi adlandırır.
Henrix Heyne
Sevgidə yalnız bir yolla qalib gəlmək olar - qaçmaqla.
Napoleon Bonapart
Atılmış insanların davranışında həmişə gülünc şeylər olur.
Oskar Uayld
Sevgidə sədaqət – tamamilə fizioloji məsələdi və qətiyyən bizim
iradəmizdən asılı deyil. Gənclər sadiq olmaq istəyirlər- amma
olmurlar. Qocalar xəyanət eləmək istəyirlər – amma alınmır..
Oskar Uayld
Qadın ilk dəfə aşiq olanda sevgilisini sevir; ondan sonra yalnız
sevgiyə aşiq olur.
F.Laroşfuko
Sevənlərin hamısı bacardığından çox şey vəd eləyir, amma heç mümkün
olanı belə yerinə yetirmir.
Vilyam Şekspir
Bal ayı, ancaq bal saxta çıxmayanda yaxşı olur.
V.Sumbatov (rus şairi)
Sevgini cəsarətlə üçqat oğru adlandırmaq olar – o yatmır, cəsurdu
və insanın hər şeyini əlindən alır...
Diogen
Sevgi –iki cinsin savaşıdı. Qadın əvvəldə müdafiə olunmalıdı, kişi
isə sonda.. Vay məğlub olanın halına!
A.Düma-oğul
Qadınlar sevgi oyununda ölüm kimidilər: gözlənilmədən peyda
olurlar, amma çağıranda gəlmirlər.
R.Kampoamor (ispan şairi)
Ancaq hiss eləmədiyin sevgi haqqında gözəl danışmaq mümkündü.
A.Karr (ingilis alimi)
Sevginin cürbəcür dərmanları var, amma heç biri etibarlı deyil.
F.Laroşfuko
Əsl məhəbbət ruha oxşayır: hamı onun barəsində danışır, amma çox az
adam onu görüb.
F.Laroşfuko
Bibliya öz yaxınını sevməyi öyrədir, Kamasutra isə bunu necə
eləyəcəyini başa salır.
Anonim
Sevgi ruhların və bədənlərin qovuşması ilə başlayıb birgə
qazanılmış əmlakın bölünməsi ilə başa çatır.
E.Sevrus (rus ədəbiyyatşünası)
Adam sevəndə ağlını itirir, evlənəndə isə bu itkini hiss
eləyir.
M.Safir (rus sərkərdəsi, general-mayor)
Poetik sevgi yaşamayanlar qadını qəssab dükanında ət seçirmiş kimi
seçirlər. Onları ətin keyfiyyətindən başqa heç nə
maraqlandırmır.
G.Mopassan
Qadınlar həzz vermək üçün yaradılıblar, onların köməkçi, dost,
yoldaş olmaq iddiaları məni dəli eləyir.
S.Moem
Nə qədər çox sevdiyini deyə bilirsənsə, deməli, az sevirsən.
F.Petrarka
Qoy, sizin sevginiz sizin şərəfiniz olsun! Umümiyyətlə, qadın
şərəfin nə olduğundan xəbərsizdi. Amma qoy, hər zaman daha çox
sevmək və heç vaxt ikinci olmamaq sizin üçün şərəf olsun!
F.Nitşe
Hazırladı: Aygun
Publika.Az
-
Sosial11:55
Əli Əsədov qərar imzaladı
-
Sosial11:25
Ömrü yarıda, pulu havada qalanlar: Pensiya kapitalı varislərə qaytarıla bilər?
-
Hadisə11:10
Azərbaycanın əməkdar artisti vəfat etdi - FOTO
-
Müsahibə10:15
Diplomu 175 ölkədə tanınan azərbaycanlı: İki illik proses 40 gündə bitdi
-
Region09:20
Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar
-
Ekopublika.az08:35
Azərbaycanda yumurta kəskin ucuzlaşdı - SƏBƏB
-
Nida Xəbər 07:50
Blinken Azərbaycanın kəndlərinin qaytarılması ilə bağlı razılaşmanı alqışladı
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR