Bilgi.az
Boşluq
Azərbaycanda yaşayırsınızsa, boşluğun nə olduğunu empirik olaraq bilirsiniz. Bilmirsinizsə, hiss etmirsinizsə, deməli, sadəcə mövcudsunuz, yaşamırsınız. Boşluğu duymadan, hiss etmədən nə Vasif Talıbovun metafizik mahiyyətini dərk etmək, nə də “Parlament siyasətlə məşğul olmaq yeri deyil!” kimi dərin, hikmətli koanın mənasına varmaq mümkün deyil.
Boşluğa dair bilik, məlumatlılıq adama nə qazandırır? Çətin
sualdır. Bu suala birmənalı cavabın olmaması mənə əzab verir.
Boşluq ciddi söhbət olduğundan, sadə, anlaşılan izahı yoxdur. Hərə
öz boşluğunu, özü tapmalıdır.
Öz adıma danışım - mənə çox şey qazandırıb. Ən azından, “Əəəəəə,
bir-bir” kimi müdhiş cığlığın altında yatan əsrarı, mənanı dərk
etmişəm. Boşluqda olduğunun fərqinə varan, xüsusən yaradıcı
şəxslər, şedevrlər yaradırlar. Versiyalardan birinə görə yeganə
oğlunun ölümü, digər versiyaya görə isə cahan müharibəsi Kazimir
Maleviçə elə ağır təsir edir ki, o, kədərini və itkinin boşluğunu
“Qara kvadrat” əsərinə köçürür, qara boşluğu təsvir etməklə özünü
ifadə edir. “Qara kvadrat”ı başa düşməyənlər, boşluğun acısını,
ağrısını duymayan qafillərdir.
Söz boşluqdan düşmüşkən, Pelevini yada salmamaq insafsızlıq olardı.
Onun “Çapayev i Pustota” (Çapayev və Boşluq) əsərini mən çox gec,
2004-2005-ci illərdə oxudum, halbuki roman 1996-da nəşr edilmişdi.
Bütün hallarda on ilə yaxın gecikmişdim.
Mənə elə gəlir ki, bütün kitablar vaxtında, yəni yazıldıqları
dövrdə oxunmalıdır (təbii ki, müasirlərimiz nəzərdə tutulur –
Ə.Ə.). “Çapayev i Pustota” 1996-da nəşr olunanda, mənim 18 yaşım
vardı. Bu kitabı o yaşda oxusaydım, bəlkə də həyatımı fərqli qurar,
Avstraliyaya, ya da Tibetə köçər, intihar edər, ya da alpinist
olardım. Bilmirəm.
Bircə onu bilirəm ki, hər halda bugünkü mən olmazdım. “Çapayev i
Pustota`nı oxuyanda həyatım, məişətim artıq qurulmuşdu deyə, geriyə
addım atmaq imkanım qalmamışdı. Peşmanlıqdan divara dırmaşırdım.
Romanı bitirəndən sonra, belə qərara gəlmişdim ki, Pelevin
Bulqakovdan sonra ikinci dahi Rus yazıçısıdır. Zatən Bulqakovun
Pelevinin üzərində ciddi təsiri də hiss olunur. Hərçənd, Andrey
Platonovun da Pelevinin bədii zövqünün formalaşmasında müstəsna
xidmətləri olub. Hər ikisini diqqətlə və zövq alaraq oxuyanlar bunu
asanlıqla duya bilərlər.
Pelevinin “Çapayev i Pustota” əsəri, Azərbaycan gerçəkliklərini
anlamaq istəyənlər üçün əvəzolunmaz kitabdır. İzninizlə, süjet
haqqında da qısa məlumat verim.
Ruhi xəstəxananın palatasında dörd dəli yatır. Bu dəlilər, növbə
ilə bir-birlərinə öz həyatlarını danışır, daha doğrusu daxili
aləmlərinə səyahətə çıxırlar. Şəxsiyyət ikiləşməsi olanların
maraqlı əhvalatları başlayır.
Xəstələrdən biri xəyal aləmində Qərblə evlənir. Bu xəstənin adı
Latın Amerikası serialından götürülüb - Prosto Mariya. Prosto
Mariya Şvarsnegerin timsalında, Qərblə sevişir və onunla təyyarəyə
minərək Rusiyadan qaçmaq istəyir. Lakin bu, onlara müyəssər olmur.
Onlar, Ostankino teleqülləsinə çırpılırlar. Biz də Azərbaycandan
heç yerə qaça bilmərik – AzTV qülləsi hər yerdə bizi təqib edir,
izləyir. Vay o kəslərin halına ki, AzTV-nin necə ağır ocaq, kahin
yuvası olduğunu dərk etməyiblər!
İkinci dəli Şərqlə evlənir, özü də Yaponla. Axırda bu Yapon ona
qayıdıb deyir ki, əvvəl mənim başımı üzməlisən, sonra özün xarakiri
eləməlisən. Yox, əgər mənim başımı kəsməyə ürəyin gəlmirsə, onda
mən sənin başını kəsim, sonra xarakiri eləyim. İkimiz də bu gün
ölməliyik, vəssəlam. Pelevin burada Yaponlarla o ki, var
məzələnib...
Üçüncü xəstə isə dekadent şair Petka Pustotanın dünyasında yaşayır.
O, Çapayevlə birlikdə Şərq cəbhəsində döyüşür. Petka Pustota hesab
edir ki, reallıq inqilabi Rusiyadır, ruhi xəstəxana isə onun xəstə
təxəyyülüdür. Lakin Pustotanın buddist müəllimi olan Çapayev, ona
başa salmağa çalışır ki, bu dünyaların heç biri real deyil.
Beləliklə Pustota “satori”yə çatır, yəni ona buta verilir.
Dördüncü dəli isə quldurdur. Bu quldur nəinki ikiləşmə, hətta
dördləşmədən əziyyət çəkir. O, həm müttəhim, həm prokuror, həm
vəkil, həm də əbədi “kayf”da olan abiddir. Yəni dörd aləmdə birdən
yaşayır.
Sonda, onu da qeyd edim ki, Pelevinin özü də bir növ boşluqdur. Heç
kəs onun gerçək kimliyini - real şəxs, yoxsa uydurma personajmı
olduğunu - bilmir. O, TV-lərdə görünmür, kütləvi tədbirlərdə
iştirak etmir. İnternetdəki çoxsaylı fotolarından başqa, üzünü
görən olmayıb. Bu baxımdan, Pelevin ədəbiyyat tarixinin ən müəmmalı
yazıçısıdır.
Azərbaycan buddalarına və botxisattvalarına eşq olsun!
Publika.Az
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK