“Başqalarını yaxınıma buraxmıram“ - BEŞMƏRTƏBƏ
Bizi izləyin

Bilgi.az

“Başqalarını yaxınıma buraxmıram“ - BEŞMƏRTƏBƏ

Hər dəfə layihə iştirakçısı 5 suala 5 versiyada cavab verir. Şərtə görə, cavabda "hə" və ya "yox" variantlarından biri seçilməli, ona bir cümləlik izah əlavə olunmalıdır.

Layihənin növbəti qonağı "Əli və Nino" Nəşriyyat Evinin rəhbəri Nigar Köçərlidir.


Dəyişmək istərdinizmi?

1. İllərin sürətini...
- Hə. Hələ görüləsi işlər çoxdur.
2. Çevrənizi...
- Yox. Yanımda yalnız sevdiyim insanlar var, digərləri yaxın buraxmıram.
3. Adınızı...
- Yox. Atam və anam verdiyi ad çox gözəldir.
4. Yaşınızı...
- Yox. Yaxşıdır.
5. Bədəninizi...
- Hə. Öz bədənindən və xarici görüşündən razı olan qadın varmı?

Görüşməyi arzulardınızmı?

1. Yadplanetlilərlə...
- Yooooooox.
2. İlk sevginizlə (ilk sevdiyinizlə)...
- Yox. Nəyə lazımdır?
3. Məhəmməd Füzuli ilə...
- Hə. Çox istərdim.
4. Vanqa nənə ilə...
- Yox. Bu cür suallar necə ağlınıza gəlir?
5. İlk insan olan Adəmlə...
- Yox. Kitab oxumamış insan maraqsızdır.

Darıxırsızmı?

1. Uşaqlığınız üçün...
- Yox. Uşaqlığımı sevmirəm.
2. Uzaq bir yer üçün...
- Yox.
3. Dünyasını dəyişmiş kimsədən ötrü...
- Yox. Hamısı xatirəmdədirlər.
4. Gələcəyi gözləməkdən...
- Yox.
5. Bəzən izahsız...
- Yox. Həmişə izahnan...

Oxuya bilirsizmi?

1. Hər gün kitab...
- Hə, əlbəttə. Hər axşam ən azı 20 səhifə oxumalıyam.
2. Hər səhər qəzet...
Yox.
2. Elektron material...
- Hə
4. Mahnı...
- Hə.
5. İnsanları üzündən...
- Hə.

İnanırsızmı?

1. Sevdiyinizə yüz faiz...
- Hə.
2. Bəşəriyyətin xoşbəxt gələcəyinə...
- Yox.
3. Allaha...
- Yox.
4. İlk dəfə rastlaşdığınız adamın vədlərinə...
- Yox
5."Siz hamıdan yaxşı adamsınız" sözünə...
- Yox. Əsla

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm