Məşhur aktyor 84 yaşında boşandı
Bizi izləyin

Bilgi.az

Məşhur aktyor 84 yaşında boşandı

Məşhur Hollivud aktyoru və rejissoru Klint İstvud həyat yoldaşı Dinadan rəsmi olaraq boşanıb.

Publika.az-ın xarici mətbuata istinadən məlumatına görə, Kaliforniya ştatının məhkəməsi cütlüyün boşanma qərarını təsdiqləyib. Onların izdivacı 18 il çəkib.

Qeyd edək ki, xanım İstvud (qız soyadı Ruis) hələ 2013-cü ilin oktyabr ayında boşanma haqda ərizə ilə çıxış edib. Cütlüyün boşanma səbəbləri "bir-birinə uyğunsuzluq" kimi qiymətləndirilib. Dina Ruis aliment tələb edib və o, 18 yaşlı qızı Morqanın boşanma prosesindən sonra onunla qalmasını istəyib.

84 yaşlı İstvudun Ruislə evliliyi onun ikinci nikahıdır. Onların birgə övladı olan Morqan aktyorun 8-ci uşağıdır. Bundan başqa, İstvudun müxtəlif qadınlardan daha 7 övladı var. Onun birinci evliliyi 1984-cü ildə bitib.

Boşanma ərizəsi ilə çıxış etdikdən sonra Ruis depressiyadan müalicə kursu keçib. Onun əri hələ rəsmi boşanmazdan öncə başqa bir qadınla münasibət yaradıb. 42 yaşlı Erika Fişer aktyorla görüşdüyünü etiraf edib. Erika Fişer İstvuddan düz 2 dəfə cavandır.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm