Bilgi.az
Milli Məclisin ağlamalı gülməcələri - MARAQLI
Sabiq deputat, hazırda AMEA-ın İqtisadiyyat İnstitunun direktoru, professor Nazim İmanov millət vəkili olduğu dönəmlərdə parlamentdə yaşanan maraqlı və məzəli hadisələri sonradan kitab halında cəm edib. "Milli Məclisin ağlamalı gülməcələri" adlanan kitabça əslində N.İmanovun zaman zaman-etdiyi qeydlərin nəticəsidir. Müəllif onu Milli Məclisdə qazandığı dostlarına həsr edib.
Modern.az saytı həmin kitabçadan daha bir neçə əhvalatı təqdim edir:
Şəkili deputatın hazırcavablılığı
Otelə giririk. Hər əlində bir çemodan götürmüş Natiq Rəsulov
yükünün ağırlığından tər içindədir. Otelinin işçisi yolunu
kəsir:
- Bəy əfəndi, yardımçı ola bilirmiyim?
- Yox, çəkil, özüm aparacam.
- Olurmu ya, bəy əfəndi, kəndinizin də millət vəkili olduğunuzu söylədilər. Lütfən, eşyalarınızı ben alayım.
Natiq bəy çemodanları yerə qoyub izahat verir:
- Ay əmoğlu, mənim diptatdığımın qutarmasına bircə il qalıf. Onnan sora mənim bacaracağım bir iş var, həblə o da hamballıxdı. Haindi qoymazsan məşqimizi yapaq, abi?
Paxıllığın dərəcəsi
Şaitdin Əliyev həm də onunla məşhurdur ki, mövzusundan asılı olmayaraq hansı qanun olur-olsun, mütləq çıxış yapıb, əvvəl layihəni eninə-uzununa tərifləyər, sonra da bir-iki nöqtə-vergül təklifi verərdi. Növbəti iclasların birində Oruc Məmmədov guya ona sataşmaq üçün arxadan səsləndi ki, bəs "Şayəddin, kartoçkam yoxdu, nə qanun olsa, eta, mənim də əvəzimə danışarsan".
Fasilədə yaxınlaşdım Şaitdin müəllimə:
- Görürsən də, Oruc müəllim də sənə sataşır. Dünyanın işinə bax ha!
- Alə, həri də. Hələləri çoxdu. Bılar tupoy şeylərdi. Mən ki yurfakda oxiyirəm, qanunnara tekliflər verirəm,
paxıllığları tutur. Murtuz məllim də ələdü. Alə görmürsən, bi dənə senə söz vərmir, bi dənə də mənə...
Daha bir sənətkar
İkicə günlük səfərə gedirdik. Sabir Rüstəmxanlının əlində bir yekə çemodan vardı.
- Ay Sabir bəy, -dedim, - bu çamadana nə yığmısan, araqdı?
- Yox, -dedi, - arasında hədiyyəlik kitab-zad da var.
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu