525 milyon küçəyə səpələndi – VİDEO
Bizi izləyin

Bilgi.az

525 milyon küçəyə səpələndi – VİDEO

Honkonqun mərkəzi küçələrinin birində yerləşən ən hərəkətli yolda az qala tıxac yaranıb. Tıxacın səbəbləri isə çox qeyri-adidir. Sən demə, inkasatorda baş verən nasazlıq ucbatından ətrafa səpələnən Honkonq əskinası yolu əsl mənasında bağlayıb. 1,95 milyon dollar beləcə maşınların qızğın şütüdüyü magistral yola səpələnib. Nəticədə, taksi sürücüləri avtomobillərini tərk edərək yoldan pulları yığmağa başlayıblar. Piyadalar da minlərlə əskinası yığmaq üçün yola üz tutub. Sonradan isə əraziyə silahlı polislər gəlib.

Nə qədər pulun yerdən toplanması məlum deyil.

Polis hadisə ilə bəyanat yayıb: "Müvafiq pulları tapan insanlardan onları geri qaytarmağını tələb edirik, əks halda, onlar oğruluqda günahlandırılacaqlar". Ehtimallara görə, pul daşıyan maşının arxa qapısı açıq qalıb və əskinas dolu qutular yola səpələnib. Maraqlıdır ki, yalnız avtomobil təyin olunan məntəqəyə çatdıqdan sonra pul qutularının itkin düşdüyü məlum olub.

Hüquq mühafizə orqanları pulu qaytarmayan insanları 10 il müddətində azadlıqdan məhrum edəcəklərini bildirib.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm