Bu şəkilə görə xəstəxana rəhbəri və həkimləri işdən qovuldu – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Bu şəkilə görə xəstəxana rəhbəri və həkimləri işdən qovuldu – FOTOLAR

Çin xəstəxanalarının birində xəstəxanaya rəhbərliyi və bir qrup həkim heyəti işdən qovulub. Buna səbəb isə əməliyyat zamanı "selfie" çəkdirmələri olub. Həkim qrupunun əməliyyat stoluna huşsuz vəziyyətdə uzanan xəstənin yanında çəkdirdiyi şəkil ölkə ictimaiyyətində narazılığa səbəb olub.

Foto hələ avqust ayında çəkilib. Lakin qalmaqallı şəkillər bu həftə mətbuatda yayımlanıb. Fotoların birində üç həkimin xəstə üzərində əməliyyat apardığı zaman yerdə qalan tibb işçilərinin qol-qola girib şəkil çəkdirməsi olub.

Şəkillərində birində əməliyyat stolu başında həkimlərdən ikisi barmaqlarını qələbə işarəsini verən "V" şəklində tutublar.

Çinin Səhiyyə Nazirliyindən verilən məlumata görə, onlar artıq işdən qovulublar.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm