Məşhurların ölümdən öncəki görüntüləri - Fotolar
Bizi izləyin

Bilgi.az

Məşhurların ölümdən öncəki görüntüləri - Fotolar

Fotolar insan həyatının anım assosiasiyası olmaqla yanaşı, bəzən ciddi faktlar, dəlil və ya sübut rolunu da oynayır. Hərdən də elə olur ki, təsadüfən çəkilən hər hansı fotoşəkil insan ömrünün son anlarını əks etdirir.

Publika.az dünyanın tanınmış ictimasi-siyasi, mədəniyyət və elm xadimlərinin həyatlarının son anlarını əks etdirən, ölümlərindən bir neçə gün, bir gün və hətta cəmi bir neçə dəqiqə əvvəl çəkilən maraqlı fotoları təqdim edir.

30 yanvar, 1948-ci il. Nadxur Qodze Mahatma Qandiyə yaxınlaşaraq özünü guya onun qarşısında təzim edən şəxs kimi göstərir. Gözlənilmədən hindilərin "Böyük Qəlb" ləqəbi verdiyi bu tarixi şəxsə 3 dəfə atəş açır.

SPİD-dən dünyasını dəyişən Fred Merkuri ömrünün son anlarında da özünü gümrah kimi göstərirdi.

Timsah ovçusu adlandırılan Stiv İrvinin heç vaxt ağlına gəlməzdi ki, ənənəsinə sadiq qalaraq ovundan bir neçə dəqiqə əvvəl çəkdirdiyi bu foto onun ömrünün son anlarını əks etdirəcək.

Əfsanəvi Liverpul dördlüyü "The Beatles"in üzvlərinin sonuncu xatirə şəkli. Bu görüntü onlardan bəzilərinin ölümqabağı son fotoları kimi yadda qaldı.

Faşist Almaniyasının rəhbəri Adolf Hitler 1945-ci il aprelin sonlarında bunkerini tərk edərək SSRİ qoşunlarının bombardman etdiyi Berlinin dağıntılarını müşahidə edir. Bu, onun ölümqabağı sonuncu fotosudur.

Amerikanın görkəmli yazıçısı, jurnalisti və ictimai xadimi Mark Tvenin ölümqabağı son fotosu.

1955-ci il 18 apreldə daxili qanaxma keçirən 76 yaşlı Albert Eynşteyn. O, Priston xəstəxanasında dünyasını dəyişib.

Cimm Morrisonun Pamela Kursonla ölümündən 5 gün əvvəlki fotosu.

Həkimlər ABŞ prezidenti Con Kennedinin kiçik qardaşı Robert Kennedinin yaşaması üçün mübarizə aparırlar.

Cimmi Xendriksin ölümündən bir gün əvvəlki fotosu.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm