Qırxillik yolka: onu quran ata hələ də yol gözləyir – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Qırxillik yolka: onu quran ata hələ də yol gözləyir – FOTOLAR

ABŞ-ın Viskonsin ştatında yaşayan Neil Olson 1974-cü ildə Yeni il "ağacını" qurarkən onu heç zaman sökməyəcəyini təsəvvürünə gətirməyib. Yolka düz 40 ildir ki, qonaq otağında qalmaqdadır.

İş ondadır ki, Neil yolkanı qurarkən onun 6 oğlu yanında olub. Sonradan isə Neilin 2 oğlu Vyetnam müharibəsinə getməli olub. Beləliklə də, onun hər 6 oğlu ata evini tərk edərək fərqli yerlərdə yaşamağa başlayıblar.

89 yaşlı Neil Olsonun 50 və 60 yaşlı oğlanları var. Onun sözlərinə görə, övladları evə qayıtmayana qədər onun yolkanı sökmək niyyəti olmayacaq.

Neilin böyük oğlu Berri müharibədə xəsarət aldığı üçün yeni il ərəfəsində atasının evinə baş çəkə bilmir. Yerdə qalan övladları isə artıq ailəlidir və indiyədək atalarını ziyarət edirlər. Lakin ata 6 övladının hamısını ətrafına yığmaq istəyir.

1974-cü ildə qurulmuş təbii yolka ağacı artıq quruyub. Yeni il ağacının üzərinə qoyulmuş işıqlar isə o vaxtdan bəri yandırılmır. Neil köhnə yolka lampalarının partlayacağından ehtiyat edir. O deyib: "Yeni il günlərində övladlarım ilə yolka ətrafında oturardıq. İndi də yolkaya baxanda elə bilirəm ki, uşaqlarım onun ətrafında əyləşib hədiyyələrini açırlar. Ona görə də heç zaman yolkanı sökməyəcəyəm".

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm