Rusiyada Şok: Sahibinin borcuna görə “yolka”nı həbs etdilər
Bizi izləyin

Bilgi.az

Rusiyada Şok: Sahibinin borcuna görə “yolka”nı həbs etdilər

Tatarıstan Respublikasında məhkəmə əməkdaşları vətəndaşın yeni il küknarına həbs qoyublar.

Publika.az-ın "lenta.ru" saytına istinadən verdiyi məlumata görə, hadisə Nijnekamsk şəhərində baş verib.

Respublika sakini küknarı maşında evə aparırdı. Məhkəmə əməkdaşları dövlət yol hərəkəti təhlükəsizliyi müfəttişliyinin əməkdaşları ilə birgə reyd keçirirdilər. Reyd zamanı sözügedən vətəndaşın avtomobili saxlanılıb və məlum olub ki, onun banka 130 min rubl (təxminən 3050 dollar) borcu var. Məhkəmə əməkdaşları borcun ödənilməsini tələb edib, əks halda avtomobil və qiymətli əmlakına həbs qoyulacağını bildiriblər.

Sürücü borcunu ödəyə bilmədiyi üçün avtomobili və yeni il küknarı həbs altına düşüb.

Bundan sonra isə vətəndaş banka olan borcunu ödəməli olub. Ödəniş haqqında qəbzi məhkəməyə gətirən vətəndaş avtomobili və küknarı geri alıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm