Burnu ilə yazı yazan adam – VİDEO
Bizi izləyin

Bilgi.az

Burnu ilə yazı yazan adam – VİDEO

Hindistanın Heydərabad şəhər sakini Məhəmməd Xurşid Hüseyn burnu ilə yazı yazmaq üzrə dünya rekordunu vurub. Publika.az xarici mətbuata istinadən məlumat verir ki, Ginnes Rekordlar Kitabı mütəxəssislərinin iştirakı ilə 23 yaşlı kişi 47,44 saniyə içərisində kompüterdə 103 söz yaza bilib.

Məhəmmədin burnu ilə yazdığı cümlə isə belə olub: "Qısa zaman içərisində çap etmək üçün Ginnes Rekordlar Kitabı məni seçib".

Kompüterin klaviaturasında burnu ilə yazarkən düzgün istiqamətə fokuslanmaq üçün Məhəmməd bir gözünü bağlamalı olub. Bundan əlavə, onun əlləri arxadan bağlı olub. Rekorda imza atmaq üçün Məhəmməd 3 il ərzində hər gün 6 saat məşq edib.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm