Azərbaycan dünyanın ən xoşbəxt ölkəsi SİYAHISINDA
Bizi izləyin

Bilgi.az

Azərbaycan dünyanın ən xoşbəxt ölkəsi SİYAHISINDA

Azərbaycan dünyanın ən xoşbəxt ölkələrinin siyahısında yer alıb.

Publika.az-ın məlumatına görə, "Gallup" araşdırma şirkətinin apardığı sorğunun nəticələrinə əsaəsn ölkəmiz xöşbəxt ölkələr siyahısında beşinci sırada qərarlaşıb.

2014-cü il üçün 65 ölkədə 64 min nəfər arasında aparılan xoşbəxtlik sorğusunda Fici Respublikası birinci yeri tutub. Bu ölkədə sorğunu cavablandıranların 93 faizi xoşbəxt olduğunu bildirib. Siyahıda növbəti yerləri müvafiq olaraq Kolumbiya, Nigeriya, Səudiyyə Ərəbistanı, Azərbaycan, Hindistan, Panama, Argentina, Finlandiya və İndoneziya tutur.

Sorğunun nəticələrinə görə, bu il keçən ilə nisbətən xoşbəxt olduğunu deyənlərin sayı 10 fazi artaraq 70 faizə çatıb.

Ən bədbəxt insanların yaşadığı ölkə isə İraq olub. Sorğuya qatılan iraqlıların yalnız 31 faizi xoşbəxt olduğunu qeyd edib. Yunanıstan, Bolqarıstan və Serbiya da İraq kimi son sırada qərarlaşıblar. Qardaş Türkiyə də ən bədbəxt 10 ölkə siyahısına düşüb. "Gallup"ın sıralamasında Türkiyə 56-cı yerdə qərarlaşıb.

Bu ilin ən xoşbəxt iki qitəsi Afrika və Asiyadır. Bu iki qitədə yaşayanlar 2015-ci ilə ümidli baxırlar. Gələn ilin yaxşı bir il olacağına inanan ölkələrin başında Nigeriya gəlir. Ən pessimist ölkə isə Livan olub.

Qərbi Avropa isə ən bədbəxt bölgələr arasında yer alıb. Qərbi Avropa ölkələrində yaşayanların yalnız 12 faizi 2015-ci ildə iqtisadiyyatın daha yaxşı olacağına inandığını deyib.

Dünya üzrə sorğuya qatılanların 42 faizi yeni ilin rifah gətirəcəyi fikrində olduğunu bildiriblər.

Sorğuda "Ölkən üçün döyüşərsəmmi" sualına cavablar heyrətləndirici olub. Birinci Dünya Müharibəsinin başlamasının 100-cü ilinin anıldığı 2014-cü ildə bu suala cavab verənlərin 60 faizi "bəli" cavabını verib. "Xeyr" deyənlərin isə faiz nisbəti 27 olub. Bu sualı müsbət cavablandıranların sayı Yaxın Şərq və Şimali Afrikada 77 faiz olub. Asiya üzrə bu rəqəm 71 faiz göstərilib. Sorğuda iştirak edən ABŞ vətəndaşlarının 44 faizi döyüşməyə istəkli olduğunu deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm