Qadınlar yemək qarşısında kişilərdən daha acizdirlər
Bizi izləyin

Bilgi.az

Qadınlar yemək qarşısında kişilərdən daha acizdirlər

Qadınlar kişilərlə müqayisədə aclığa daha dözümsüzdürlər.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə ABŞ tədqiqatçıları araşdırma aparıblar. Məlum olub ki, bu, kişi və qadında kəskin fərqlənən beyin və sinir sisteminin funksional xüsusiyyətləri ilə bağlıdır.

Tədqiqatlarda 23 kişi və 23 qadın iştirak edib. Onlara 17 saat ərzində qidalanmaq qadağan olunub. Bundan sonra, onlara bütün yeməklərlə dolu bir masa təklif olunub və tapşırılıb ki, yalnız aclıq yatırmaq olar, yemək olmaz. Üzərində təcrübə aparılan insanlar xüsusi cihaza qoşulub və aydınlaşıb ki, kişilərin qarşısında tapşırıq qoyulduğundan onlarda iştah o qədər də açılmayıb. Qadınlarda isə əksinə, onlara iştahı öldürmək tapşırığı verilsə də, beynin iştahla əlaqəli hissəsi daha aktiv iştirak etməyə başlayıb.

Beləliklə, tədqiqatçılar qadınların aclığa dözümlülüklə bağlı bütün dedyilənləri alt-üst ediblər. Məlum olub ki, hər şey xarakterlə deyil, sinir sistemi ilə bağlıdır.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm