Metroda həyəcanlı anlar yaşandı – VİDEO+FOTOLAR
Bizi izləyin

Bilgi.az

Metroda həyəcanlı anlar yaşandı – VİDEO+FOTOLAR

İspaniya metrosunda şok hadisələr yaşanıb. Polis işçisi hərəkətdə olan qatarın altına itələnib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, 28 yaşlı Fransisko Xavier Orteqo adlı polis işçisi Madrid metrostansiyalarının birinin platformasında bir qrup insanla söhbət edirmiş. Bu zaman polis işçisi söhbətləşdiyi adamların birindən sənədlərini göstərməsini tələb edib. Elə həmin an metroda dəhşətli anlar yaşanıb. Polis nəfərini yaxınlaşmaqda olan qatarın altına itələndiyi məqamlar platformada dayanan sərnişinlərin mobil telefonları tərəfindən qeydə alınıb. Çəkilən videodan da aydın görünür ki, kişilərdən biri 28 yaşlı polis işçisinin yaxasından tutaraq onu platformaya yaxınlaşan qatarın altına tullayıb. Nəticədə həm kişi, həm də polis işçisi qatarın altına düşüb.

Polis Orteqa yaxınlıqdakı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək olmayıb. Asayiş keşikçisinin həyatına son qoyan kişi isə 2011-ci ildə İspaniyaya qanunsuz daxil olan Fil Dişi Sahili ölkəsinin vətəndaşı olub. Hazırda həkimlər onun həyatı uğrunda mübarizə aparırlar.

İspan qəzetlərinin biri yazır: "Videodan da aydın görünür ki, miqrant kişi şüurlu sürətdə polis işçisini qatarın altına itələyib".

Orteqa isə şücaətinə görə ölümündən sonra qızıl medalla təltif olunub.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm