Bu balıq 37 min dollara satıldı - FOTO
Bizi izləyin

Bilgi.az

Bu balıq 37 min dollara satıldı - FOTO

Tokioda Tsukiji topdansatış bazarında çəkisi 180 kg olan mavi tuna balığı 2015-ci ilin ilk balıq hərracında 4,51 milyon yenə (37,6 min dollara) satılıb.

Publika.az xəbər verir ki, Sakit okeanda Yaponiyanın Aomori prefrekturası yaxınlığında ovlanmış tuna balığını keçən ildə olduğu kimi bu dəfə də Tokionun Kiyomura iri restoran şəbəkəsinin sahibi Kiyoşi Kimura alıb.

Tsukiji bazarında ilk hərraca bir qayda olaraq ən iri balıqlar çıxarılaraq bu sahədə alış-verişə və ölkə iqtisadiyyatının durumuna müsbət dinamika verilmiş olur.

Tsukiji hərracında tuna balığının rekord məbləğdə satışı 2013-cü ildə qeydə alınmışdı: 222 kiloluq mavi tuna balığı 155,4 milyon yenə (həmin vaxtın məzənnəsi ilə 1,49 milyon dollara) satılmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm