Meymunla uşağın sevgi nağılı: bütün Hindistan bundan danışır – FOTOLAR+VİDEO
Bizi izləyin

Bilgi.az

Meymunla uşağın sevgi nağılı: bütün Hindistan bundan danışır – FOTOLAR+VİDEO

Primat balaca qızın evində yaşadıqdan sonra meymun və qızcığaz arasında maraqlı bir sevgi bağı yaranıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, uşağı qucaqlayıb öpən və onunla oynayan meymun Hindistanın Haryana ştatında yaşayır. Meymun və uşaq arasında sevgi bağlarını görən qızcığazın valideynləri primatı da övladlığa götürüb. Valideynlər qızcığaza öz övladı kimi davranan meymunun hərəkətlərini videoya çəkiblər.

Qızın atası deyib: "Təxminən 6 ay bundan əvvəl qızım evdə oynayarkən meymun onunla oynamağa başladı. Biz bunu gördükdə qorxuya düşdük. Lakin meymun qızımla sanki öz uşağı kimi oynayırdı. İndi isə biz meymunu evdə saxlayırıq. O, qızımla uşaq kimi davranaraq onu öpür, qucaqlayır və yemək verir".

Bu hadisə Hindistan mətbuatının gündəmindən düşmür və bütün kanallar qızcığaz və meymun arasında olan sevgidən danışır.

Qızın anası deyib: "Meymun qızıma ana rolunu oynamaqdan xoşbəxtdir. O, bizim ailə üzvümüzə çevrilib".

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm