Bilgi.az
Kiloqramı 1250 dollara çay satılır
Xərçəng xəstəliyinin müalicəsində istifadə oluna bilən ağ çayın dəyəri gündən-günə artır.
Publika.az-ın məlumatına görə, Şrilanka və Hindistanda yetişdirilən bu çay növü artıq bu ildən Türkiyədə də yetişdirilməyə başlayıb. Artıq çayın satışına da başlanılıb. Özəl bir şirkətin istehsal etdiyi 70 kiloqram ağ çayın kilosu 1100-1250 dollara satılacaq.
Ağ çay almaq üçün Rizə Ticarət Birjasına çay almaq üçün mindən çox insan müraciət edib. Tələbin böyük bir hissəsi qarşılanıb.
Türkiyədə ağ çay istehsal edilməmişdən əvvəl 5 il Hindistanda araşdırma aparılıb. Satışa buraxılan 70 kiloqram çayın hamısı satılıb.Çayın bir qismi 1100 dollara xarici şirkətə, qalanı 1250 dollara yerli sakinlərə satılıb. Növbəti ildən istehsalın artması planlaşdırılır.
Araşdırmalara görə, ağ çayın 1 kiloqramında olan keyfiyyət 150-200 kiloqram qara çaydan daha çoxdur. Yaponiyada aparılan araşdırmaya görə, bu çay "JP53"kod adı verilən xərçəngin müalicəsində effektli təsiri var. Ağ çayın başda bağırsaq sistemi olmaqla bir çox xəstəliklərin müalicəsində faydalı olduğu deyilir.
Dünyada bu çayın bir kilosu 1000-15 min dollar arası dəyişir.
Gülxar
-
Ekologiya18:49
Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ
-
Avropa18:38
İranın Parisdəki konsulluğuna partlayıcı ilə daxil olan şəxs SAXLANILDI
-
Region17:53
Əcnəbilərə sertifikatları pulla satan rektor işdən çıxarıldı
-
Nida Xəbər 17:20
Razılıq əldə edildi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
-
Rəsmi xronika16:58
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Magazin116:03
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO