Arvadına sürpriz hazırladı, xəstəxanaya düşdü – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Arvadına sürpriz hazırladı, xəstəxanaya düşdü – FOTOLAR

ABŞ-ın Şimali Karolina ştatında yerləşən Fort-Breqq hərbi bazasının əsgərinin ailəsində az qala faciə baş verəcəkdi. Belə ki, əsgər öz arvadı üçün romantik səhər yeməyi hazırlamağa çalışıb. Nəticədə, əsgər arvadı tərəfindən səhvən güllələnib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, 28 yaşlı əsgər Zia Zequle, həmişə olduğu kimi, hərbi bazaya getmək üçün evi səhər saat 8-də tərk edib. Lakin o, arvadı 27 yaşlı Tiffani Zequle üçün sürpriz hazırlamaq məqsədi ilə yenidən evə qayıdıb. Ərinin getdiyinə əmin olduqdan sonra Tiffani otağına qayıdaraq yenidən yatmaq üçün yerinə uzanıb. Arvadına sürpriz səhər yeməyi hazırlayan qayğıkeş ər ön qapıdan evə yenidən daxil olub. Tiffani isə onu qarətçi sanıb. Zia arvadının otağına yaxınlaşarkən Tiffani ona bağlı qapı arxasından atəş açıb.

Qadın törətdiyi əməlindən şoka düşərək, dərhal təcili tibbi yardıma zəng vurub. Xoşbəxtlikdən, Zianı xəstəxanaya vaxtında çatdırmaq mümkün olub. Onun tezliklə sağalması gözlənilir.

Tiffani isə atəş açmasını qonşuluqda tez-tez baş verən oğurluq halları ilə əlaqələndirib.

Polis bölməsindən bildirilib: "Tiffani özünü müdafiə etmək üçün bu yola əl atıb. O, səsə oyanıb, silahlanıb və bağlı qapı arxasından ərinin sinəsinə atəş açıb".

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm