25 il su altında qalan şəhər - FOTOLAR/VİDEO
Bizi izləyin

Bilgi.az

25 il su altında qalan şəhər - FOTOLAR/VİDEO

Argentinanın paytaxtı Buenos-Ayresin cənub-qərbində Vilya-Epekuyen adlı kurort şəhəri olub. Lakin əhalisi 5 mindən çox olan şəhər 20 il bundan əvvəl yaxınlıqda yerləşən gölün sularına qərq olub. Şəhər düz 25 il su altında qaldıqdan sonra, nəhayət ki, üzə çıxmağa başlayıb.

Publika.az xarici mətbuata istinadən məlumat verir ki, şəhər 1920-ci ildə Epekuyen gölü ətrafında tikilib. Turizm bölgəsi kimi fəaliyyət göstərən Epekuyeni hər il 20 min insan ziyarət edib. Şəhərin gözəlliyi isə okean suyundan 10 qat duzlu suya malik olan göl olub.

Əfsanəyə görə, göl sevgisinə görə ağlayan mifik başçının göz yaşlarından yaranıb. Bu səbəbdən də gölün suyu duzludur. Bundan əlavə, duzlu gölün suyu revmatizm, depressiya, dəri xəstəlikləri, anemiya və şəkər xəstəliklərini müalicə edərmiş.

Minlərlə insan qatara minərək paytaxt Buenos-Ayresdən gələrək, duzlu gölün sahilində dincəlib. İsrailin Ölü Dənizini xatırlatdığı üçün yəhudi icması da duzlu gölə gələrək suyun üzərində uzanmaqdan həzz alardı.

Bədbəxt hadisə 1985-ci ildə baş verdi. Güclü yağışlar nəticəsində gölün suyu artaraq şəhəri basdı. Tez bir zamanda gölün suyu daşaraq insanların dincəldiyi və yaşadığı əraziləri suya qərq etməyə başlayıb. İnsanlar şəhərdən mümkün qədər uzaqlaşmağa çalışıb. Vilya-Epekuyen şəhəri isə 10 metr duzlu gölün dibində qalmağa başlayıb.

Şəhər sakini Norma Berq həmin günü belə xatırlayır: "Mənim çoxlu it-pişiyim vardı. Sel olmamışdan bir neçə gün əvvəl onların hamısı qaçdı və onları bir daha görmədim. Fikirləşirəm ki, heyvanlar yaxınlaşan seli öncədən hiss ediblər".

İllər keçdikcə suyun səviyyəsi aşağı enməyə başlayıb. Nəticədə, sel suları altından 25 il bundan əvvəl itkin düşmüş şəhər peyda olmağa başlayıb. Hazırda Vilya-Epekuyen şəhəri apokalipsisdən sonrakı dünyanı xatırladır. Müasir dövrün Atlantidası adlandırılan şəhər haqqında 2012-ci ildə film də çəkilib.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm