Uşaqların atalığından imtina etdi: "Mən əkiz istəmirdim"
Bizi izləyin

Bilgi.az

Uşaqların atalığından imtina etdi: "Mən əkiz istəmirdim"

Əkizlər əvəzinə tək oğul istədiyini deyən ata aldadıldığını bildirərək əkiz uşaqların atalığından imtina etmək məqsədilə məhkəməyə üz tutub

Əkizlər əvəzinə tək oğul istədiyini deyən isveçli ata aldadıldığını, fırıldaq qurbanı olduğunu bildirərək əkiz uşaqların atalığından imtina etmək məqsədilə məhkəməyə üz tutub.


Milli.Az AHT-yə istinadən bildirir ki, İsveçin Malmö şəhərində yaşayan ərlə arvad arasında əkiz doğulmuş uşaqlara görə dava düşüb. Ərin dediyinə görə, o, əkiz uşaq istəmirdi.


"Arvadım ana ola bilmirdi. Bunun üçün 2011 və 2012-ci ildə Litvanın paytaxtı Riqaya, reproduktiv sağlamlıq klinikasına yollandıq. Müayinələrdən sonra bizə dedilər ki, arvadım süni mayalanma yolu ilə hamilə qala bilər. 2012-ci ilin dekabr ayında əkizlər doğuldu. Lakin mən əkiz yox, tək uşaq istəyirdim", - ər deyib.


Ərin dediyinə görə, arvadı ondan icazə almadan, gizli şəkildə bətninə "nəzərdə tutulandan artıq" embrion yeridilməsini istəyib.

"Yaşlıyam, 43 yaşım var. İki uşağa baxmaq üçün enerji və gücüm yoxdur. Üstəlik, uşaqları saxlamaq üçün yetərincə maliyyə imkanlarına da malik deyiləm", - başabəla ata deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm