Vəhşi heyvanlarla birlikdə yaşamaq mümkün olacaq – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Vəhşi heyvanlarla birlikdə yaşamaq mümkün olacaq – FOTOLAR

Təsəvvürünüzə gətirin ki, səhər yuxudan şirlə oyanırsınız, meymunlarla nahar edib, ayının yanında duş qəbul edirsiniz. Yəqin, bütün bunlar inanılmaz və qəribə görünə bilər. Lakin yeni istifadəyə verilmiş yaşayış məskənində mümkün olmayan şey yoxdur.

Publika.az xarici mətbuata istinadən məlumat verir ki, Avstraliyanın Milli zooparkında yerləşən Yamala Heyvanat Aləmi və Akvarium mərkəzində hazırlanan yaşayış məntəqəsi qonaqlara əsl Afrika həyatı yaşamağı təklif edir. Zooparkın ərazisində düzəldilmiş yaşayış yerində 18 otaqlı daxma tikilib. Qonaqlar daxmada otaq nömrəsi sifariş verməklə vəhşi aləmlə daha yaxından tanış ola bilər.

Otağın pəncərəsinin şüşələrindən vəhşi heyvanların yaşayışını daha yaxından izləmək olur. Zoopark rəhbərinin sözlərinə görə, bu yolla insanlar nəsli kəsilməkdə olan heyvanların yaşaması üçün əlindən gələni edəcəklər.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm