Bilgi.az
Kral əmr etdi, 320 kq arıqladı - FOTO
Səudiyyə Ərəbistanı Krallığında yaşayan Xalid bin Möhsün Şəri adlı gənc arıqlayıb.
O, ölkə kralı Abdulla ibn Əbdel Əziz əl Səudun
"Dərhal arıqla!" əmrindən sonra sərt pəhriz saxlamağa və müalicə
olunmağa başlayıb.
Sonucda Xalid 320 kq arıqlayıb.
Milli.Az AHT-yə istinadən bildirir ki, 20 yaşlı Xalid pəhrizə və
müalicəyə başlamazdan əvvəl 610 kq çəkiyə malikdi. Həkimlər ona
"Arıqlamasan, öləcəksən" desələr də, Xalid arıqlaya bilmirdi.
Ötən ilin avqust ayında Xalid barədə xəbərlər ABŞ və Avropa
mediasında yer alandan sonra kral Abdulla bu gəncdən xəbər tutub,
Xalidin paytaxt Ər-Riyaddakı klinikalardan birinə yerləşdirilməsini
tapşırıb. Xalidə isə kralın "Arıqla, yoxsa ölərsən" sözləri
çatdırılıb.
Jizan şəhərində yaşadığı evdən divarların dağıdılmasından sonra qaldırıcı kranla aşağı endirilən Xalid sərt pəhriz, müalicə nəticəsində indi "cəmi" 290 kq çəkiyə malikdir.
Onun xəstəxananı nə zaman tərk edəcəyi bəlli deyil.
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO
-
Magazin125 Aprel 22:00
Firuzə İbadova həmin xəbəri TƏKZİB ETDİ: "Onun ruhu şad olsun deyə..."
-
Sosial25 Aprel 21:24
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
-
İnanc25 Aprel 20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO