Atası tərəfindən zorlanan, fahişəliyə cəlb olunan terrorçu: “İslam məni çirkabdan çıxardı” – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Atası tərəfindən zorlanan, fahişəliyə cəlb olunan terrorçu: “İslam məni çirkabdan çıxardı” – FOTOLAR

Özünü "Cihad Ceyn" kimi təqdim edən 51 yaşlı Kolin LaRoz 2011-ci ildə Məhəmməd peyğəmbərin karikaturasının müəllifinə qarşı sui-qəsd etməyə hazırlaşıb.

Publika.az xarici mətbuata istinadən məlumat verir ki, qadın Məhəmməd peyğəmbərin karikaturasını çəkən İsveç satiriki Lars Vilksə sui-qəsdə cəhd etdiyi üçün 2014-cü ildə 10 il həbs cəzasına məhkum olunub. Kolin həbsxanadan kriminalistə məktub yazaraq öz hərəkətinə aydınlıq gətirməklə cinayətin arxasında nələrin durduğunu izah edib.

Məsələ isə belə olub: kriminalist Melman-Orozko ABŞ-da saxlanılan bir sıra terrorçulara məktub yazmaqla onların həyat hekayəsi ilə maraqlanıb. O, Kollin LaRouza məktubu keçən həftə Fransada baş verən terror aktından bir neçə gün əvvəl yazıb. Ona cavab məktubunda qadın özünün ağır həyat hekayəsini bölüşərək, terrora əl atmasının səbəblərini izah etməyə çalışıb. Hazırda Melman terrorçu qadının məktubu əsasında kitab nəşr etmək haqda düşünür.

LaRozun kriminalist Kimberli Melman-Orozkoya yazdığı məktub sonradan "NBC" televiziya kanalında yayımlanıb.

Qadın yazıb: "Məhkum olunmam üçün mən nə etmişəm? Səbəblər çoxdur, lakin onların arasında əsas yeri sevgi tutur. Peyğəmbərimə olan sevgi, ümmətə olan sevgi və mənə tapşırıq verən qardaşıma olan sevgi uğrunda...

Bu, qürurverici idi. Bacılarıma heç vaxt mənə verilən tapşırıqdan verilmir. Hiss edirdim ki, qardaşım mənə etibar etdiyi üçün bu tapşırığı həyata keçirməyi məhz mənə həvalə edib. Hiss edirdim ki, əgər qardaşım məni bu qədər sevərək tapşırıq veribsə, demək ki, mən onun istəyini doğrultmalıyam".

LaRozun kriminalist Kimberli Melman-Orozkoya yazdığı məktub sonradan "NBC" televiziya kanalında yayımlanıb.

Xatırladaq ki, İsveç satiriki Lars Vilksin çəkdiyi karikaturada Məhəmməd peyğəmbər təhqir olunub. Bu karikatura müsəlmanların hiddətinə səbəb olub. Satiriki qətlə yetirməyə hazırlaşan müsəlman qadın öz keçmişini kriminalistə etiraf etməkdən də çəkinməyib.

Qadın uşaq ikən zorlandıqdan sonra – 13 yaşından etibarən fahişəliklə məşğul olmağa başlayıb. 2013-cü ildə "Reuters" xəbər agentliyinə verdiyi açıqlamaya görə, o məhz islam dininə "sığınıb": "Mən islam dinini kəşf etdikdən sonra nəyə görə yaşadığımı anladım. Uzun müddət yaşayıb həyatda qalmağıma məhz islam səbəb oldu".

LaRouz yaşadığı Detroyt şəhərindəki ağır həyatından da danışaraq, mənəviyyatının necə korlanmasından söz açıb.

Səkkiz yaşı olarkən LaRouz və onun böyük bacısı Pat atası Riçard LaRouz tərəfindən zorlanıblar. Zorakılıq Kolinin 13 yaşında evdən qaçmasına qədər davam edib. Qız sonradan fahişəliklə məşğul olaraq, heroin və kokain istifadəçisinə çevrilib.

LaRouz 16 yaşında özündən iki dəfə böyük olan kişi ilə ailə həyatı qurub. Lakin bir ildən sonra o, Memfis şəhərində yerləşən yeniyetmələr üçün sığınacağa pənah gətirməli olur. Sonradan isə Kollin LaRouz bir neçə aylıq psixoloji dispanserdə müalicə alır.

Kollin sığınacaqda qalarkən onun həyat hekayəsini araşdıran vəkil, qadının atasına zorakılıq haqda sual verib, Riçard LaRouz isə cavabında deyib: "Bəli. Mən onu zorlamışam".

"Reuters" xəbər agentliyinin jurnalisti Kollinin həyatını 6 ay araşdırdıqdan sonra deyib: "Onun atası qızını zorladığını amansız soyuqqanlılıqla, utanmadan və hətta az qala fəxrlə etiraf edib".

Riçard LaRouz törətdiyi cinayətinə görə məhkum olunmadan 2010-cu ildə vəfat edib.

Ərindən qaçıb ayrıldıqdan sonra Kollin LaRouz 23 yaşında ikinci dəfə ailə həyatı qurub. Bu izdivac isə 11 ildən sonra başa çatıb. LaRouz atasının onun həyatını məhv etdiyini deyib: "Mən çox pis hərəkətlər etmişəm. Mən atamın bizə etdiyi zülmə və anamın çarəsizliyinə üsyan edirdim. Yalnız islam dini məni bu çirkabdan çıxardı. Lakin sevimli peyğəmbərimə qarşı edilən təhqiramiz hərəkətlərə göz yuma bilməzdim".

O, 2011-ci ildə qətl planını həyata keçirmək üçün İsveçə daxil olarkən FTB tərəfindən həbs edilib.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm