Tehranın tarixi 4 min il qədimləşdi
Bizi izləyin

Bilgi.az

Tehranın tarixi 4 min il qədimləşdi

Tehranın Mulavi küçəsində aparılan arxeoloji qazıntılar İran paytaxtının tarixinə yenidən baxılmasına səbəb olub.

Publika.az xarici mətbuata istinadən məlumat verir ki, bu vaxta qədər Tehranın insanlar tərəfindən 3 min il öncə məskunlaşmağa başlanıldığı hesab olunub. Amma şəhərdə aparılan son qazıntılar zamanı daha qədim insan skeleti aşkar edilib. İddiaya görə, Tehran şəhərində insanlar hələ eramızdan əvvəl V minillikdə məskunlaşıb.

Arxeoloji qrupun rəhbəri Məhəmməd İsmayıl İsmayili Coludar deyib: "Hazırkı tapıntı Tehran şəhərinin yerləşdiyi ərazidə hələ 7 min əvvəl insanın yaşadığını sübut edir".

Tapıntı Tehranda aparılan arxeoloji qazıntılar zamanı aşkar edilmiş ən qədim sübutdur. Bu vaxta qədər arxeoloqlar eramızdan əvvəl I minilliyə məxsus artefaktlar tapa bilib.

Qədim tapıntı təsadüf nəticəsində aşkar edilib. Belə ki, Mulavi küçəsində aparılan təmir işləri zamanı kanalizasiyadan gil əşyalar üzə çıxıb. Arxeoloji institutun tələbəsi olan qız gil əşyaları taparaq irsi mədəni təşkilata təhvil verib.

Qızın təqdim etdiyi əşyalar arxeoloqların da marağına səbəb olub. Onlar qazıntılar apararaq insan sümüklərini də aşkar edib. Bundan əlavə, arxeoloji qazıntılar zamanı Səfəvi və Qacarlar dövrünə məxsus gil əşyalar, kərpicdən, daşdan və sümükdən hazırlanan materiallar tapılıb.

Arxeoloji qrup rəhbərinin verdiyi məlumata görə, insan skeleti üzərində tədqiqat aparıldıqdan sonra ictimaiyyətə təqdim olunması üçün İranın Milli muzeyində sərgilənəcək.

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm