Yalnız qaranlıqda görünən şəkillər hamını çaşbaş saldı - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Yalnız qaranlıqda görünən şəkillər hamını çaşbaş saldı - FOTOLAR

Macarıstanlı Boqi Fabian özünəməxsus rəssamdır. Çünki Fabian incəsənətə qeyri-adi yanaşma tərzi seçib.

Belə ki, qadın rəssam şəkilləri divarda çəkir. Lakin onun çəkdiyini siz heç zaman işıq altında görə bilməzsiniz. İşıqları söndürdükdə isə, Fabianın istedadı ortaya çıxır.

Məhz qaranlıqda onun divarda çəkdiyi əl işləri özünü büruzə verir. İş ondadır ki, Fabian lüminessensiya boyalarından istifadə etməklə divar və tavanda şəkilləri çəkir. Ona görə də otağa daxil olarkən onun sənət əsərini görmək olmayacaq. Lakin qaranlıqda otaqda qarşınızda sanki səma açılır.

Publika.az həmin fotoları təqdim edir:

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm