İnanılmaz hadisə: “Bu adam” kimdir? - FOTO
Bizi izləyin

Bilgi.az

İnanılmaz hadisə: “Bu adam” kimdir? - FOTO

Bu adamı xatırladınızmı? Heç yuxuda gördünüzmü? Diqqətlə baxın...

Publika.az xəbər verir ki, dünyada minlərlə adam əvvəllər heç görmədiyi, amma tez-tez yuxularında gördüyü "bu adam"ı axtarır. Bu adamı tapmaq üçün internet səhifəsi belə var.

Səbəbinə gəlincə... Nyu Yorkda bir psixoloq, 2006-cı ildə pasientlərindən birinin heç tanımadığı bir adamı yuxuda tez-tez gördüyünü söyləyir. Həkim, xəstəsindən həmin adamın rəsmini çəkməsini istəyir.

Psixoloq rəsmi masasının üzərinə qoyur. Səhəri gün başqa bir xəstəsi rəsmi görüb, "Bu adam"ı tanıdığını deyir. O da əvvəlki xəstə kimi heç görmədiyini, amma tez-tez yuxusuna gəldiyini deyir..

Həkim hadisəni kolleqalarına danışır və rəsmi xəstələrinə göstərməyi xahiş edir. Nəticədə daha 4 nəfər əvvəllər heç görmədikləri "bu adamı" tez-tez yuxularında gördüklərini deyirlər.

Kubada "Bu Adam elanı

O gündən bu yana "bu adam" olarak tanınan surəti yuxusunda görənlərin sayı iki mini keçib. Və bu hadisə dünyanın dörd bir yanındakı psixiatriya klinikalarında danışılan hadisələrdən birinə çevrilib.

Rusiyada "Bu Adam" elanı

"Bu adam" haqqında bir çox nəzəriyyə var. Bunlardan biri Jungun, insanların şüuraltında meydana gətirdikləri ortaq bir obraz olmasıdı. Kimilərinə görə isə insanlar elə, ya da belə bu şəkili internetdə görür, hekayəni oxuyur və şüuraltı mesajla yuxusunda görür.

İtaliyada "Bu Adam" elanı

Başqa bir nəzəriyyəyə görə isə "bu adam" gerçək və fövqəltəbii güclərə sahib olduğundan insanların yuxularına girə bilir. Bir başqa nəzəriyyə isə "Bu adam" böyük bir şirkət tərəfindən yaradılan psioloji bir planın tərkib hissəsidi...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm