Bilgi.az
Gözəllik yarışı ərəbləri hiddətləndirdi – FOTOLAR
Mayamidə keçiriləcək "Dünya Gözəli-2015" müsabiqəsində qalmaqal yaranıb. Daha dəqiq desək, İsrail və Livan təmsilçilərinin birgə çəkdirdiyi "selfie" şəklini "Instagram" sosial şəbəkəsində yerləşdirmələri Livan cəmiyyətində ajiotaja səbəb olub.
Publika.az xarici mətbuata istinadən məlumat verir ki, İsraili təmsil edən Doron Matalon qalmaqallı şəkli öz səhifəsində yerləşdirib. Şəkildə gözəllik yarışının Sloveniya, Yaponiya və Livan təmsilçiləri olub. Livan təmsilçisi Sali Qreyc bildirib ki, israilli Matalon dəvətsiz onların arasına soxaraq kadra düşə bilib, nəticədə "selfie"də o da görünüb.
Livan internet istifadəçiləri qarşısında özünə bəraət qazanmağa çalışan Sali deyib ki, təmsilçi qızlar ABŞ-a gəldikləri ilk gündən etibarən "Miss İsrail" onunla birgə şəkil çəkdirmək üçün qızın canını boğazına yığıb. Livanlı qız düşmən ölkə təmsilçisi ilə məsafə saxlamağa çalışsa da, israilli qız sonda istəyinə nail olub.
Ərəb gözəlinin özünün təmizə çıxarma cəhdləri həmvətənlərini qane etməyib. Bir çoxları onun ölkəni gözəllik yarışında təmsil etmə hüququnun ləğvini tələb edirlər.
Nura
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...