Meningitin insanlarda yaratdığı dəhşət FOTOLARDA
Bizi izləyin

Bilgi.az

Meningitin insanlarda yaratdığı dəhşət FOTOLARDA

Cemi Şanbaumun 19 yaşı olarkən xəstələndi. Hamı onun qrip virusuna yoluxduğunu zənn edirdi, lakin... Bir həftədən sonra o, hər iki ayağını və bütün barmaqlarını itirdi. Ceminin xəstəliyinin adı meningit idi.

Cemi 6 ildən sonra ümidini itirmədən kamera qarşısına çıxaraq, qorxulu xəstəlikdən sağ çıxan insanların fotosessiyasında iştirak edib. Onun kimi meningit qurbanlarının sayı az deyil. 15-ə yaxın uşaq və yeniyetmə də Ceminin iştirak etdiyi fotosessiyada çəkilərək müxtəlif obrazları təcəssüm etdirib. Məsələn, Cemi çəkildiyi fotolarda Troyalı Yelena formasında çəkilib.

Meningit xəstələri qurbanlarına həsr olunmuş layihə "Meningit Araşdırma Fondu" tərəfindən təşkil olunub.

Publika.az dəhşətli xəstəlikdən əziyyət çəkən insanların bir araya gələrək çəkdirdikləri şəkilləri təqdim edir.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm