Aktyor qatarın altında qalaraq həlak oldu - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Aktyor qatarın altında qalaraq həlak oldu - FOTOLAR

ABŞ-ın məşhur aktyor və televiziya aparıcısı Qreq Plitt idman üçün nəzərdə tutulan reklam çarxına çəkilən zaman qatarın altında qalıb.

Publika.az xarici mətbuata istinadən məlumat verir ki, daha çox fitnes model kimi tanınan Qreq öz saytı üçün çəkiliş qrupunun üzvləri ilə video çəkirmiş. O, reklam çarxını dəmir yolunda çəkib. Yaxınlaşan qatarı görən Qreq canını qurtarmağa çalışsa da, xeyri olmayıb.

Qreqin sevgilisi deyib: "O, dəmir yolunda relslərin üzərində idman hərəkətləri edirdi. Qreq videonun daha yaxşı alınması üçün həyatını risk altına atdı".

37 yaşlı Qreq "Terminator" filmində də çəkilib.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm