Gözdən əlil qadın ilk dəfə öz körpəsini görərkən - FOTOLAR+VİDEO
Bizi izləyin

Bilgi.az

Gözdən əlil qadın ilk dəfə öz körpəsini görərkən - FOTOLAR+VİDEO

Müasir dövrdə bir çox texnoloji yeniliklər baş verir. Kəşf və yeniliklər elə sürətlə baş verir ki, hətta gözdən əlil insanların çarəsi də tapılmaq üzrədir.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Kanadanın Ontario şəhərindən olan 29 yaşlı görmə qabiliyyətini itirən Keti Beytz xüsusi texnoloji eynəyin köməkliyi ilə dünyaya gələn körpəsini görə bilib.

Ketinin videosu "YouTube" televiziya kanalında yerləşdirildikdən sonra hitə çevrilib.

Ketinin 11 yaşı olarkən ona tədricən kor edən "Stargardt sindromu" diaqnozu qoyulub. Lakin Ketinin periferal görmə qabiliyyəti qalsa da, o, rəsmən gözdən əlil adlandırılıb.

"eSight" şirkətinin hazırladığı eynək video kamera ilə təchiz olunub. Məhz bu eynək Ketinin periferal görüntüsünü mərkəzə cəmləyir. Nəticədə, Keti körpəsini görə və onu əlində saxlaya bilib.

Hazırda Şimali Amerikada yaşayan 140 insanda "eSight" eynəyi var. Eynək sayəsində gözdən əlil insanlar rəng, işıq və kölgəni də görə bilir.

Ketinin bildirdiyinə görə, eynək sahəsində edilmiş yenilik onun həyatını yaxşı tərəfə dəyişib. O, indi körpəsinin qayğısına qala, mağazaya gedə və digər ev tapşırıqlarını yerinə yetirə bilir.

Eynəyin isə qiyməti nə az, nə çox – 15 min dollardır. Ketinin bacısı da "Stargardt sindromu"ndan əziyyət çəkir və eynəyin hazırlandığı şirkətdə çalışır. Keti eynəyi elə bacısının sayəsində ala bilib.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm