39 əlil uşağa yardım edən qadın cəzalandırıldı – FOTOLAR
Bizi izləyin

Bilgi.az

39 əlil uşağa yardım edən qadın cəzalandırıldı – FOTOLAR

Xeyirxahlıq heç də həmişə mükafatlandırılmır. Publika.az xarici mətbuata istinadən xəbər verir ki, fiziki və əqli qüsurlu 39 uşağı öz himayəsi altına alan 65 yaşlı qadın Çin hökuməti tərəfindən cəzalandırılıb.

Çinin ucqar kəndindən olan Konq Jenyan artıq 40 ildir ki, fiziki və əqli qüsurlu uşaqların qayğısına qalmaqla məşğuldur. O deyib: "İlk dəfə olaraq belə qüsurlu uşağı yolun kənarında tapdım. O atılmışdı. Uşağı gördükdə təəssüf hissi keçirdim və onunla nə edəcəyimi bilmədim". Beləcə, qadın körpəni öz himayəsinə götürür və o vaxtdan etibarən uşaqlara yardım etməyə başlayır.

Konq əlavə edib: "İndiyədək 39 uşaq böyütmüşəm. Onların hamısında ya fiziki, ya da əqli qüsur olub. Lakin onların hamısını birləşdirən bir problem vardı: uşaqlar valideynləri tərəfindən atılmışdı. Onların qayğısına qalmaq çox pul tələb edir, amma bunun da öhdəsindən gələ bildim".

Məhz Konqun qayğı və diqqəti sayəsində uşaqlardan bəzisi universitetə daxil olub və iş tapıb. Konq deyib: "Uşaqlardan ən böyüyünün 27 yaşı var və o, sərbəst yaşayır. Ən kiçiyi isə biraylıqdır. Uşaqlardan altısı universitetə, ikisi isə peşə məktəbinə daxil olub".

Konqun gördüyü iş, əslində, Çin hökuməti tərəfindən qiymətləndirilməli idi. Əvəzində isə hökumət Konqa onun ölkənin himayəçiliklə bağlı qanunvericiliyini pozduğunu bildirib. Çünki qanuna görə, hər ailə ən çoxu 3 uşağa himayədarlıq edə bilər. Hökumət onu 8 min kvadratmetrlik torpaq sahəsini müsadirə etməklə cəzalandırıb.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm