“Ən gözəl meymun” seçildi - FOTOLAR
Bizi izləyin

Bilgi.az

“Ən gözəl meymun” seçildi - FOTOLAR

Xəbər verildiyi kimi, bu yaxınlarda ABŞ-ın Florida ştatında "Dünya gözəli" müsabiqəsi baş tutub. Planetin ən gözəl qızı seçildikdən sonra, onun ardınca Yaponiyada daha bir maraqlı gözəllik yarışı keçirilib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Yaponiya gözəllik yarışında qızların yox, meymunların ən gözəlini seçib.

Belə ki, Yaponiyanın paytaxtında yerləşən "Takasakiyama" zoologiya bağında yaşayan makakalar arasında gözəllik müsabiqəsi keçirilib. Zooparkda 1500-ə yaxın yapon makakası yaşayır. Lakin onlardan təkcə 15-i finala çıxa bilib.

Makakalar arasında ən gözəli isə 16 yaşlı "Altılıq" ləqəbli meymun seçilib. O, 4747 səsdən 1467-ni toplayıb.

Əslində isə, qalib makaka heç də gənc deyil. 16 yaşlı "Altılıq" insan ömrü ilə müqayisədə 50 yaşı var. Zoopark işçilərinin sözlərinə görə, "Altılıq" çox sakit və yumşaq xasiyyətə malikdir.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm