Ailədə daha çox kim qazanır?
Bizi izləyin

Bilgi.az

Ailədə daha çox kim qazanır?

Kim ailədə daha çox qazanır?

Amerikada “Pew Research Center” mərkəzinin topladığı siyahıya əsasən 2012-ci ildə ailə quran qadınların 21%-i öz həyat yoldaşlarından daha ali savadlıdır. Kişilərin isə 20%-i öz həyat yoldaşlarından savadlı hesab olunur.

Əvvəlki illərlə müqayisədə 1990-cı ildən etibarən yenicə ailə həyatı quranlar arasında qadınlar savadına görə ərlərini üstələyir.

2012-ci ildə qadınların 27%-i özlərindən aşağı savadlı olan kişilərlə ailə həyatı qurub. Əksinə olaraq, həmən ildə ailə həyatı quran kişilərin 15%-i aşağı savadı olan qadınlarla ailə həyatı qurub.

Yenicə universiteti bitirib ailə həyatı quranların sayı isə 1960-cı illərlə müqayisədə 2012-ci ildə 60% aşağı enib.

Aşağı savadlı kəslə ailə həyatı qurmaq həqiqətənmi “maliyyə cəhətdən evliliyin aşağı enməsi” deməsidir? Mərkəzin bildirdiyinə görə bu mütləq deyil.

2012-ci yenicə ailə həyatı qurmuş qadınların 58%-i həyat yoldaşları alli təhsilli olmasa da, hələdə qazanan tərəf kişilərdir. Aşağı təhsilli kişilərlə ailə həyatı quran qadınların 39%-i isə kişilərdən çox qazanır.

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm