Keçmiş şagird 65 ildən sonra kitabxanadan götürdüyü kitabı qaytardı - FOTO
Bizi izləyin

Bilgi.az

Keçmiş şagird 65 ildən sonra kitabxanadan götürdüyü kitabı qaytardı - FOTO

Britaniya məktəblərinin birində təhsil alan şagird 65 il əvvəl götürdüyü kitabı kitabxanaya qaytarıb.

Publika.az xarici mətbuata istinadən məlumat verir ki, hazırda 82 yaşlı Cey Tidmarş kitabı yarım əsrdən çox özündə saxladığı üçün kitabxanaya 1,5 min funt sterlinq (2 min dollar) kompensasiya ödəməli olub.

Cey Tidmarş məktəbi 1949-cu ildə bitirib. O, evində kitab rəfindən Somerset Moemin "Eşenden və ya britaniyalı casus" kitabını təsadüfən görüb. Cey kitabı dərhal kitabxanaya qaytarmaq və cərimə ödəmək qərarına gəlib.

O deyib: "Bilmirəm bu necə baş verdi. Kitabı açarkən içində "Taunton məktəbinə məxsusdur" sözlərini gördüm. Mən kitabı geri qaytarıb, cərimə ödəmək qərarına gəldim".

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm