Dünyanın ən nüfuzluları seçildi – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Dünyanın ən nüfuzluları seçildi – FOTOLAR

"YouGov" internet axtarış şirkəti dünyanın ən nüfuzlu kişi və qadınını seçib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, sorğu 25 min insan arasında aparılıb. Nüfuzlu insanlara namizədlər arasında aktrisalar, rejissorlar, kraliçalar və Nobel Sülh Mükafatının qalibləri də olub.

Sorğu 23 ölkədə keçirildiyi üçün namizədlərin seçimində müxtəlif nəticələr alınıb.

Qadınlar arasında birinciliyə 39 yaşlı aktrisa Ancelina Coli layiq görülüb. Coli 17 yaşlı pakistanlı məktəbli qız və Nobel mükafatçısı Malala Yusifzaini (ikinci yer) də qabaqlayıb. Üçüncü yerdə ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton, dördüncü yerdə Böyük Britaniya kraliçası II Yelizaveta, beşinci yerdə Mişel Obama, altıncı yerdə Selin Dion, yeddinci yerdə ABŞ televiziya aparıcısı Opra Uinfri, səkkizinci yerdə isə Culiya Roberts qərarlaşıb.

Kişilərə gəldikdə isə, Bill Geyts dünyada ən nüfuzlu kişi seçilib.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm