Dünyanın ən yaxşı oyuncağı
Bizi izləyin

Bilgi.az

Dünyanın ən yaxşı oyuncağı

"Lego" konstruktoru "Monopoliya" oyununu və "Action Man" kuklalarını ötərək dünyada ən yaxşı oyuncaq kimi qəbul edilib.

"Newsland" portalı bu barədə xəbəri "The Daily Express" qəzetinə istinadla yayıb. Müvafiq reytinq "ToyNews" portalı tərəfindən oyuncaq istehsalçıları və bu sənayenin digər peşəkarlarından sorğu əsasında tərtib edilib.

İlk onluğun yuxarı sırasına yarış maşınları və "Scalextric" də daxil edilib. Beşinci yerdə "Subbuteo" stolüstü oyunu, altı və yeddinci yerləri müvafiq olaraq "Rubik kubu" və "Ulduz müharibələri" oyuncaqları tutub.

Onluğu "Matchbox", Barbi kuklası və oyun kartları tamamlayıb.

Nəşr qeyd edir ki, "Lego" keçən dəfə ən yaxşı oyuncaqlar siyahısına başçılıq edib. Lakin budəfəki liderlik əvvəldə olduğu kimi ictimaiyyətin deyil, istehsalçıların rəyi əsasında müəyyən edilib.

"Lego" müxtəlif formalı əşyaları yığmaq və modelləşdirmək üçün hissələr dəstindən ibarət oyuncaqlar seriyasıdır. Konstruktor baş ofisi Danimarkada yerləşən "Lego Group" şirkətlər qrupu tərəfindən 1949-cu ildən istehsal olunur. O vaxtdan "Lego" film istehsalı, oyuncaqlar, müsabiqələr, eləcə də altı tematik əyləncə parkı açmaqla fəaliyyət dairəsini genişləndirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm