Onların sualtı villası
Bizi izləyin

Bilgi.az

Onların sualtı villası

Gələn həftə Dubayda "The World" süni arxipelaqında villaların satışına başlanacaq.

Publika.az-ın məlumatına görə, villaların üçdə bir hissəsi suyun altında yerləşir. Belə daşınmaz əmlakın ilkin qiyməti 5 milyon dirhəm dəyərləndirilir ki, bu da təxminən 18,3 milyon dollar deməkdir.

Birinci mərtəbəsi suyun altında olacaq üçmərtəbəli villalar Avropa üslubunda tikiləcək. Kompleksin inşası 2017-ci ildə başa çatacaq, lakin potensial investorlar üçün artıq satışa dəvət göndərilib.

"Avropanın ürəyi" adlı layihəyə daxil olan "Kənd" kompleksi 6 adada yerləşəcək. Süni arxipelaq bütövlükdə Yer kürəsi qitələrini xatırladır. O, Dubay sahillərindən təxminən dörd kilometrlik məsafədə yerləşir. "The World" adalarının sahəsi 46,5 min - 140 min kvadrat metr civarında dəyişir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm