Xəstəxanada sıyıq üstündə dava düşdü – FOTOLAR/VİDEO
Bizi izləyin

Bilgi.az

Xəstəxanada sıyıq üstündə dava düşdü – FOTOLAR/VİDEO

Çin xəstəxanalarının birində həkim və xəstənin ailə üzvləri arasında kütləvi dava düşüb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, mübahisə yenicə ana olan qadına sıyıq verilmədiyi üçün düşüb.

25 yaşlı Janq Li Fenq qeysəriyyə yolu ilə əməliyyat olunduqdan 1 saat sonra aclıq hiss edib. Qadın tibb bacısından yemək istəyib. Lakin tibb bacısı ona qida qəbul etməyin ziyan olduğunun izah edərək əvəzində su içməyi tövsiyə edib. Janq Li Fenq tibb bacısından cavabından əsəbiləşərək çığır-bağır salıb.

Janq Li Fenq tibb bacısına hücum çəkərək onu təhqir etməyə başlayıb. Yenicə ana olan qadının səsinə gələn qohum-əqrəbası da ona qoşularaq tibb personalına qarşı hücum çəkib. Qadının ailə üzvləri və həkim heyəti xəstəxananın dəhlizində əlbəyaxa olub.

Hadisə yerinə gələn polis 9 nəfəri həbs edib, anaya isə xəbərdarlıq edib.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm