Qoyun inəyi nokauta saldı – İNANILMAZ VİDEO
Bizi izləyin

Bilgi.az

Qoyun inəyi nokauta saldı – İNANILMAZ VİDEO

Bu il qoyun ilidir və bu ilin "qoyunlara" düşərli olacağı deyilir. Amma bu qədər də yox...

Publika.az-ın məlumatına görə, "YouTube" videohostinqində çox maraqlı video yerləşdirilib. Bir-birinə güzəştə getməyən iki heyvan – inək və qoyun qüvvələrini sınamaq qərarına gəlirlər. İnəyin qoyuna nisbətən daha böyük və ağır olduğu nəzərə alınsa, toqquşmanın nəticəsinin əvvəlcədən məlum olduğunu söyləmək olardı.

Amma toqquşmadan sonra hər iki heyvan yerə yıxılır. Qoyun az sonra ayağa qalxmaq üçün özündə güc tapsa da, inək dərin nokauta düşür. Özü də ki, bu biabırçılıq inəyin balasının gözü qarşısında baş verir.

Təəssüf ki, hadisənin harada baş verdiyi məlum deyil. Eləcə də, duel iştirakçılarının sonrakı taleyi də qaranlıqdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm