200 il sonra doğulan qız uşağı – FOTOLAR
Bizi izləyin

Bilgi.az

200 il sonra doğulan qız uşağı – FOTOLAR

Dörd ay bundan qabaq Mayla Lourinin xəstəxanadan evə buraxılmasını ailədə sözün əsl mənasında atəşfəşanlıqla qeyd ediblər. Qız uşağının doğulmasının ailəyə gətirdiyi xoşbəxtliyi sözlə ifadə etmək olmur. İş ondadır ki, Louri ailəsində artıq 200 ildir ki, qız uşaqları dünyaya gəlməyib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, oktyabrda doğulan Mayla 1809-cu ildən bəri Louri ailəsində doğulan ilk qız uşağıdır.

Sonuncu dəfə mamaçanın Louri ailəsinə "Bu qızdır" kəlməsi deməsindən sonra dünyada birinci və ikinci dünya müharibəsi baş verib, ölkələrin sərhədləri dəyişib və hətta kosmosa adam da göndərilib.

Maylanın anası Hanna deyib: "Markla tanış olanda mənə ailəsi haqqında bütün həqiqətləri danışdı. O, ailəsində 5 nəsildir ki, oğlan uşaqlarının doğulduğunu dedi. Mark qız övladına sahib olmağı istəyirdi".

Hanna gələcək ərinin nəslini araşdırarkən maraqlı faktla qarşılaşıb. Həqiqətən də, Louri ailəsində sonuncu qız uşağı Çarlz Darvinlə eyni ildə doğulub.

Hanna deyib: "Bu məsələni həkimlərlə məsləhətləşdim. Hər dəfə hamilə qaldıqdan sonra uşağın qız olma ehtimalı 50\50-yə idi. Həkimlər bunu Markın nəsli ilə əlaqələndirirdilər".

Həkimlər kişilərin dominantlıq təşkil etdiyi nəsildən olan Markın vəziyyətini izah etmək üçün əsaslı səbəb tapa bilmirdilər.

Hanna dördüncü övladına hamilə qalarkən Louri ailəsi növbəti uşağın da oğlan olacağına şübhə etməyib. Hətta uşaq üçün oğlan geyimləri də alınmışdı. Hanna deyib: "Uşaq üçün oyuncaq maşınlar və geyimlər aldıq". Lakin hamiləliyin 20-ci həftəsində ultrasəs müayinəsindən keçən Hanna təəccüblənib. Hanna əlavə edib: "Həkim övladımın qız olacağını dedilər. Qulaqlarıma inanmadım. Mark isə eşitdiklərindən göz yaşlarını saxlaya bilmədi. Mark ağlaya-ağlaya qız körpəsini vaxtsız vəfat edən atasına hədiyyə olduğunu dedi. Onun atası mən hamilə olarkən vəfat edib. O, bütün ömür boyu qız nəvəsi görmək istəyib".

Hanna övladını dünyaya gətirənə qədər bətnindəki körpənin qız uşağı olmasına şübhə edib. O hətta 16 dəfə ultrasəs müayinəsindən də keçib. Lakin qeysəriyyə əməliyyatı ilə dünyaya gələn körpəni anasının qucağına verdikdən sonra Hanna gördüyünə inanıb.

Hanna övladını qucağına alarkən deyib: "Əminsiniz ki, bu, qızdır?"

Evdə tezliklə oyuncaq avtomobil və yük maşınları gəlinciklərlə əvəzlənib. Hanna və Mark nəslin oğlan tilsimini qırdığına görə özlərini xoşbəxt hiss edirlər.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm