Bu buğanın sperması 3 min dollara satılır - FOTO
Bizi izləyin

Bilgi.az

Bu buğanın sperması 3 min dollara satılır - FOTO

Hindistanlı fermer süni mayalanmada istifadə ediləcək buğa spermasını satmaqla uğurlu biznesə sahib olub.

Publika.az-ın məlumatına görə, bir dəfəyə buğadan götürülən sperma 500-600 hissəyə bölünərək ümumilikdə təxminən 3 min dollara satılır. Bundan başqa Yuvraj ləqəbli öküz iribuynuzlu heyvan yarışlarında qalib gələrək davamlı pullu mükafatlar qazanır.

450 kiloya yaxın çəkisi olan buğa hər gün vitaminlə zənginləşdirilmiş 20 litr süd içir. Onun gündəlik menyüsünə 10 kilo alma və təqribən bir o qədər də buğda daxildir.

İki il əvvəl Haydarabad şəhərindən bir sahibkar Yuvraja bir milyon dollardan artıq pul təklif etsə də, sahibi, 47 yaşlı Karamvir Sing heyvanı satmağa razı olmayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm