Xəstə üç il sonra müalicə müəssisəsindən qovuldu – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Xəstə üç il sonra müalicə müəssisəsindən qovuldu – FOTOLAR

55 yaşlı Çin sakini Çen düz 3 il xəstəxanada qaldıqdan sonra oradan zorla qovulub.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, 55 yaşlı Pekin sakini ilk dəfə xəstəxanaya 2011-ci ildə gəlib. O, yol qəzasında aldığı xəsarətlərə görə müalicə olunub. Sonra kişi evə buraxılıb. Lakin 2 aydan sonra Çen xəstəxanaya qayıdaraq, ayağındakı ağrılardan şikayət edib.

Həkimlər ona venoz genişlənmə diaqnozu qoyaraq müalicə ediblər. Üç aydan sonra evə buraxılsa da, o, ayaqlarının zəif olduğunu əsas gətirərək getməkdən imtina edib. Onun sözlərinə görə, müalicə etmək xəstəxananın borcudur. Hətta oğlunun toyunda iştirak etmək üçün belə Çen xəstəxananı tərk etməyib.

Nəticədə xəstəxana rəhbərliyi məhkəməyə müraciət etməli olub. Üç ildən sonra Pekin məhkəməsi 55 yaşlı Çenin sağlam olduğunu sübuta yetirərək onun xəstəxanadan çıxarılması haqda qərar verib.

Lakin polisin xəstəxanaya gəldiyini görən Çen əllərini çarpayıya zəncirləyib. Polis isə zəncirləri kəsərək, onu elə xəstəxana geyimindəcə küçəyə çıxardıb və Çen evinə göndərilib.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm