Böyrəyini satdığı kişiyə ərə getdi – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Böyrəyini satdığı kişiyə ərə getdi – FOTOLAR

Eşli Makintr adlı qadın etdiyi yaxşılığa görə, öz dili ilə desək, Allah tərəfindən mükafatlandırılıb. Belə ki, 25 yaşlı Eşli həmyaşıdı Denni Robinson adlı böyrək çatışmazlığından əziyyət çəkən insana yardım edib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Eşli heç tanımadığı insana böyrəyini verməklə onun həyatını xilas edib. Bundan sonra onlar daha da yaxınlaşaraq ailə qurublar.

ABŞ sakini Denni dializdən müalicə alıb və böyrək donoruna ehtiyac duyub. Onun ailə üzvlərindən heç biri Denniyə uyğun gəlmədiyindən, donor kənardan axtarılıb.

Eşli bu barədə radiodakı şou proqramı izləyən nənəsindən eşidib. O, şou proqramın "Facebook" səhifəsinə ismarış yazıb və öz köməyini təklif edib. Analiz testi nəticəsində onun donor kimi uyğun gəldiyi məlum olub.

Denni deyib: "Ağlıma gətirə də bilməzdim ki, belə bir hadisə mənim başıma gələr. Bilirəm ki, böyrək donoru tapmaq çox çətindir, çünki böyrək çox zaman bədənə uyğunlaşmır. Məncə, bu Allahın möcüzəsidir".

Aprel ayında Eşli əməliyyat olunub və onun böyrəklərindən biri çıxarılıb. O, hələ əməliyyata girməzdən əvvəl, Denninin anası Eşlini gəlini gözündə görüb və oğlunun onunla ailə qurmasını istəyib. Denninin anası deyib: "Mən Eşliyə dedim ki, sən mənim gəlinim olacaqsan. Niyə görə belə fikirləşdiyimi izah edə bilmədim. Sadəcə, içimdə hiss edirdim ki, bu, belə də olacaq".

Denni və Eşli əməliyyata girməzdən öncə isə telefonla əlaqə saxlayıblar. Böyrək əməliyyatından sonra isə onlar bir-birinə daha da yaxınlaşıblar.

Xəstəxanadan çıxan Denni Yeni il öncəsi ona evlilik təklifi edib. Hazırda isə cütlük iyunda doğulacaq körpələrinin yolunu gözləyir.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm