Artıq çəki problemi olan zabitlərin rütbəsi artmayacaq
Bizi izləyin

Bilgi.az

Artıq çəki problemi olan zabitlərin rütbəsi artmayacaq

Çin Xalq Respublikasında ordu üçün yeni qaydalar tətbiq ediləcək.

Publika.az "Sinxua" agentliyinə istinadən xəbər verir ki, bundan sonra artıq çəki problemi olan əsgər və zabit heyətinin rütbəsi yüksəlməyəcək.

Çin ordusunun 2015- 2020-ci illər üçün nəzərdə tutulan planında fiziki hazırlığa xüsusi önəm veriləcək.

Sənəd ötən həftə qəbul edilib.

Çin Milli Müdafiə İnstitutunun eksperti Li Daquanqın (Li Daguang) sözlərinə görə, onların həyat şəraiti və qidalanmaları əvvəlki illərə nisbətən xeyli yaxşılaşıb.

Bir çox hərbçilər pəhriz saxlamadıqlarından, artıq çəki problemi yaşamağa başlayıblar: "Artıq çəki əsgər və zabitin təkcə zahiri görünüşünü korlamır, eyni zamanda, onların döyüş meydanında effektliliyini azaldır. Deməli, ölkənin hərbi gücünə mənfi təsir edir".

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm